Azərbaycan Türkiyədə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) təmsil olunub.
Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Çirklənmiş ərazilərin təmizlənməsindən yaşanılabilən şəhərlərə doğru: Azərbaycanın “Yaşanılabilən Bakı” modeli və regionda ortaq yaşıl prioritetlər” mövzusunda panel müzakirələr təşkil olunub.
Müzakirələrdə iştirak edən iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov şəhərlərin ekoloji dayanıqlılığının gücləndirilməsi, çirklənmiş ərazilərin bərpası və daha əlverişli yaşayış mühitinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini və Azərbaycanın bu sahədə təcrübəsini vurğulayıb. Həmçinin bu istiqamətdə kompleks yanaşmanın tətbiqi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və regional əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edib.
Tədbirdə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmaqda olan “Yaşanılabilən Bakı” layihəsi barədə məlumat verilib. Layihənin tullantıların idarə olunması, çirklənmiş göllərin və torpaq sahələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması və dayanıqlı şəhər mühitinin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycan pavilyonunda “Yaşanılabilən Bakı” layihəsinə dair məlumatlar da nümayiş etdirilib.
Noyabr 12, 2026 10:57
“Gulf Oil International” və “Ashok Leyland” şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
Noyabr 07, 2026 14:01
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib