İqtisadiyyat nazirinin müavini Şamaxıda vətəndaşları qəbul edib

Şamaxıda vətəndaşların biznesin inkişafı, əmlak və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxı şəhərində vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.