Cenevrədə Azərbaycanın ÜTT-yə üzvolması üzrə ikitərəfli danışıqlar keçirilib

Cenevrə şəhərində Azərbaycanın ÜTT-yə üzvolma prosesi çərçivəsində görüşlər olub.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvolma prosesi çərçivəsində bir sıra ÜTT üzvləri ilə ikitərəfli danışıqlar keçirib. Səudiyyə Ərəbistanı, Şri-Lanka, Argentina, Braziliya, Malayziya, İndoneziya və Koreya Respublikasının nümayəndələri ilə görüşlərdə Azərbaycanın ÜTT-yə üzvlüyü çərçivəsində mallar və xidmətlər üzrə bazara çıxış şərtləri müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın ÜTT-yə üzvolması üzrə İşçi Qrupun sədri, Türkiyə Respublikasının ÜTT yanında daimi nümayəndəliyinin rəhbəri Hakan Çakıl, ÜTT-nin baş direktorunun müavini Syançenq Çjan və Genişləndirilmiş İnteqrasiya Çərçivəsinin (EIF) İdarə Heyətinin sədri Kadra Əhməd Həsən, həmçinin, Avropa İttifaqının nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycanın ÜTT-yə üzvolma prosesi barədə fikir mübadiləsi aparılıb.