Azərbaycanın qeyri-neft sektoru ixracının artırılması, yeni ixrac bazarlarına çıxış məqsədilə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan istehsalı olan qida məhsulları və spirtli içkilər 12-14 sentyabr tarixlərində Varşavada keçirilmiş “Food Expo Warsaw-2019” Qida Sərgisində “Made in Azerbaijan” stendində nümayiş olunub.
Qeyd edək ki, “Food Expo Warsaw” kənd təsərrüfatı və qida məhsulları üzrə Polşada keçirilən ən böyük sərgidir. Hər il olduğu kimi, bu dəfə də sərgidə Polşadan, həmçinin digər Mərkəzi və Şərqi Avropa ölkələrindən iri idxalçılar, tədarükçülər, supermarket şəbəkələri, emal müəssisələri, şirkətlər iştirak ediblər.
Sərgidə Azərbaycan istehsalı olan şərablar, meyvə şirələri, çay, kompotlar, mürəbbələr və digər konservləşdirilmiş məhsulların nümayış edildiyi "Made in Azerbaijan" stendi böyük maraqla qarşılanıb.
Sentyabr 26, 2026 16:21
İqtisadiyyat naziri “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Sentyabr 26, 2026 15:27
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Sentyabr 26, 2026 13:49
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb
Sentyabr 26, 2026 13:05
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib