Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgün İqtisadiyyat Nazirliyində olub.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qardaş Türkiyə ilə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrini, yüksək səviyyəli strateji əməkdaşlığı vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, sosial, mədəni, humanitar sahələrdə də uğurla əməkdaşlıq edir. Bu baxımdan, təhsil sahəsində, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə qurulmuş sıx əlaqələr mühüm əhəmiyyət kəsb edir.
Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgün təşkilatın fəaliyyəti barədə məlumat verib, Azərbaycanın müvafiq qurumları ilə həyata keçirilən uğurlu birgə fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib