Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Ticarət Nümayəndəsi Aparatının dəstəyi və iştirakı ilə Zaqatala rayonunda yerləşən “Ləcheq” MMC ilə BƏƏ-nin Ajman şəhərindəki “Lavish Perfumes” şirkəti arasında efir yağlarının bu ölkəyə ixracına dair müqavilə imzalanıb.
İlkin mərhələdə bu il ərzində 6 ton efir yağının BƏƏ-yə ixracı nəzərdə tutulur. Növbəti illərdə isə BƏƏ ilə yanaşı, digər Körfəz ölkələrinə də ixracla bağlı razılıq əldə edilib.
Ajman Ticarət və Sənaye Palatasında keçirilmiş imzalanma mərasimində Ticarət Nümayəndəsi Aparatı tərəfindən gələcəkdə bu kimi şirkətlərin sayının artırılması, eləcə də Azərbaycan və Ajman şirkətləri arasında ikitərəfli görüşlərin keçirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib