İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Özbəkistanın “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov və General Motors International şirkətinin vitse prezidenti Coni Saldana ilə görüşüb.
Görüşdə iqtisadiyyat nazirinin müavini Azərbaycan-Özbəkistan tərəfdaşlığının və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi barədə məlumat verib. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artır, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlıq genişlənir. Bununla belə, tərəfdaşlığın gücləndirilməsi üçün böyük imkanlar var.
Özbəkistan şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən biznes layihələrində fəal iştiraka dəvət olunub.
“Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ölkəsində Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verildiyini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər maşınqayırma sahəsində əməkdaşlığın inkişafı, o cümlədən digər ölkələrin bazarlarına birgə ixracın genişləndirilməsi barədə müzakirə aparıblar.
Qeyd: “Uzavtosanoat” SC şirkəti minik və yük avtomobillərinin, avtobusların və avtomobil komponentlərinin istehsalı və satışı sahəsində fəaliyyət göstərir. Şirkətin əsas istehsal çeşidinə “Chevrolet”, “Ravon” brendinə məxsus minik avtomobilləri və “ISUZU” markalı avtobuslar daxildir.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib