İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türk Standartları İnstitutunun (TSE) nümayəndələri ilə görüş keçirilib.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, prioritet istiqamətlər üzrə aparılan islahatlar barədə məlumat verib. Xidmət rəisi “Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxslə Türk Standartları İnstitutu arasında imzalanan Anlaşma Memorandumu və Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, AZSTAND-ın ölkə ərazisində Türkiyənin 9 mindən çox milli standartının rəsmi nəşrlərini dərc etmək hüququna malik olmasını, TSE ilə əməkdaşlığın önəmini vurğulayıb.
Türk Standartlar İnstitutunun sədri Mahmud Sami Şahin Azərbaycan Standartlaşdırma İnstitutu ilə səmərəli əlaqələrin, birgə fəaliyyətin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə iki qurum arasında təcrübə mübadiləsinin aparılması məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsi barədə razılıq əldə olunub.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib