İqtisadiyyat naziri Mikayıl Cabbarovun Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanovla görüşündə Azərbaycan-Bolqarıstan iqtisadi-ticarət əməkdaşlığının inkişafı müzakirə edilib.
Azərbaycanın iqtisadiyyat naziri ölkələrimiz arasında münasibətlərin inkişafını, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə enerji sahəsində əlaqələrin genişləndiyini vurğulayıb. Ölkəmizin əlverişli işgüzar mühitini, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını diqqətə çatdıran nazir Bolqarıstan şirkətlərini Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.
Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu, iqtisadi əlaqələrin genişləndirilməsinin digər sahələrdə də tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini qeyd edib.
Tərəflər iqtisadi əməkdaşlığın perspektiv istiqamətləri, investisiya imkanlarının müəyyənləşdirilməsi, nəqliyyat-tranzit sahəsində əlaqələr və Bolqarıstana qaz tədarükü ilə bağlı fikir mübadiləsi aparıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib