İqtisadiyyat Nazirliyində təşkil olunan növbəti "Uğur yolu" karyera inkişafı proqramının final mərhələsinin nəticələri açıqlanıb. Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri 2022-ci il üzrə keçirilən "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub.
İştirakçılar seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçib, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqların həllində iştirak edərək müvafiq səriştələr üzrə qiymətləndirilib və təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, artıq ikinci dəfədir ki. İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsi keçirilir. Əvvəlki müsabiqədinin qalibləri kimi, bu müsabiqədə uğur qazananlar da müxtəlif təlimlərə, kouçinq sessiyalarına cəlb olunacaq və Nazirliyin rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib