Avrasiya Logistika Alyansına daxil olan nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri Sumqayıt Kimya Sənaye Parkında olublar.
Əvvəlcə nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel Zavodu və “ALCO” MMC-nin Sürtkü yağlarının istehsalı müəssisəsində gedən iş prosesi ilə tanış olublar.
Sonra şirkət rəhbərləri ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.
20-dən çox şirkət nümayəndəsinin iştirak etdiyi görüşdə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonaları və aqroparkları barədə təqdimat təşkil edilib. Şirkət rəhbərləri, həmçinin Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının logistik imkanları, burada və Sumqayıt Kimya Sənaye Parkında yaradılacaq gömrük anbarları barədə məlumatlandırılıblar.
Görüşdə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri çərçivəsində Avrasiya Logistika Alyansının Azərbaycanda nəqliyyat və logistika məntəqəsinin qurulmasına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Avrasiya Logistika Alyansı gömrük və logistika sahəsində fəaliyyət göstərən şirkətləri özündə birləşdirir.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib