İtaliyanın şirkətlər və “Made in İtaly” naziri ilə görüşdə ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso ilə videkonfrans formatında görüşüb.
Görüşdə İtaliya ilə dostluğa və strateji tərəfdaşlığa əsaslanan iqtisadi əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib. Bir çox İtaliya şirkətlərinin ölkəmizdə sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. İqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.
Tərəflər ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın artırılması, biznes subyektlərinin işbirliyi və qarşılıqlı investisiya layihələri barədə fikir mübadiləsi aparıblar.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur