Ukrayna ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi, biznes missiyalarının təşkili, işgüzar əlaqələri təmin edən patformaların təkmilləşdirilməsi barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəliyində duran məsələlər, o cümlədən energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivləri müzakirə olunub.
Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi, biznes missiyalarının təşkili, işgüzar tərəfdaşlığı təmin edən platformaların təkmilləşdirilməsi və nəqliyyat dəhlizlərinin ticarət əlaqələrinin gücləndirilməsində rolu barədə fikir mübadiləsi aparıblar.