Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycanın özəl bankları ilə əməkdaşlığı investisiya imkanlarının artırılmasına mühüm töhfə verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal ilə görüşüb.
Görüşdə Azərbaycanın QDTİB ilə əməkdaşlığının uğurlu inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, Bankın ölkəmizdə həyata keçirdiyi fəaliyyət və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində Azərbaycanın özəl bankları ilə əməkdaşlığı biznes mühitinin inkişafına, sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorunda investisiya imkanlarının artırılmasına mühüm töhfə verir.
Tərəflər QDTİB-in Azərbaycanda planlaşdırılan potensial layihələrdə iştirak perspektivlərini müzakirə ediblər. Azərbaycanın iqtisadi inkişaf prioritetləri, strateji infrastruktur layihələri və özəl sektorun maliyyələşmə imkanlarının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur