1965-ci ildə anadan olub.
Ali təhsilini Moskva İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsində alıb.
1989-cu ildən Neft Daşları NQÇİ-də, 28 May NQÇİ-də, "Xəzərdənizneftqaztikinti" Trestində mühəndis, şöbə rəisi, baş mühəndis vəzifələrində işləyib.
1997-ci ildən "Xəzərdənizneftqaztikinti" Trestinin müdiri, 2003-cü ildən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru vəzifələrində çalışıb.
2005-2022-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin olunub.
III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.