1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olub.
1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 2002-ci ildə həmin fakültəni bakalavr, 2006-cı ildə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-2009-cu illərdə Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili alıb.
Əmək fəaliyyətinə İqtisadi İnkişaf Nazirliyində başlayıb, 2005-2009-cu illərdə Nazirlikdə məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb.
2010-2013-cü illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində işləyib.
2013-2017-ci illərdə Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb.
2017-ci ilin dekabrından 2020-ci ilin mayınadək vergilər nazirinin müşaviri olub.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin birinci müavini təyin olunub.
Ailəlidir, 2 övladı var.