“Kəmər və Yol” Ölkələrinin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çinli iş adamları Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında təklif olunan imtiyazlardan və investisiya imkanlarından faydalanmağa dəvət edilib.
Çinin Şaansi əyalətinin Sian şəhərində keçirilən 7-ci İpək Yolu Beynəlxalq Sərgsi çərçivəsində təşkil olunmuş “Kəmər və Yol” Ölkələrinin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında Azərbaycanın ticarət nümayəndəsi Teymur Nadiroğlu çıxış edib.
Dəyirmi masa formatında keçirilmiş tədbirdə ticarət nümayəndəsi iştirakçılara Azərbaycanın biznes mühiti, investisiya və ticarət imkanları, investorlar üçün təklif olunan imtiyazlar və “yaşıl enerji” potensialı haqqında məlumat verib. Ticarət nümayəndəsi Azərbaycan dövlətinin Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi bərpa və yenidənqurma işləri haqqında məlumat verərək, çinli iş adamlarına burada təklif olunan imtiyazlardan və investisiya imkanlarından faydalanmağa dəvət edib.
Konfransda Şaansi Əyalət Siyasi Məşvərət Şurası sədrinin müavini Li Conmin, Belarus, Yaponiya, Cənubi Koreya, Sinqapur, Kamboca, Qırğızıstan, Monqolustandan olan diplomatlar, yerli və xarici şirkətlərin nümayəndələri çıxış ediblər.
Qeyd edək ki, Azərbaycan 20 noyabr tarixinə qədər davam edəcək 7-ci İpək Yolu Beynəlxalq Sərgsində “fəxri qonaq ölkə” statusunda iştirak edir.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur