Türkiyə Respublikası Ticarət Nazirliyinin nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri çərçivəsində “Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları”na həsr edilmiş tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi və Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, Şərqi Anadolu İxracatçılar Birliyinin təmsilçiləri də qatılıb.
İşgüzar dairələrin iştirak etdiyi tədbir çərçivəsində sərhədyanı ticarətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, Naxçıvanda fəaliyyət göstərən şirkətlərlə ayrı-ayrılıqda görüşlər təşkil olunub, istehsal müəssisələrinin fəaliyyətinə baxış keçirilib.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur