Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən Bursa, Konya, Denizli və Kütahya şəhərlərində türkiyəli iş adamları üçün Azərbaycanın biznes mühiti, investisiya və ticarət imkanlarının tanıdılmasına dair tədbirlər təşkil edilib.
Tədbirlərdə Ticarət Nümayəndəliyi tərəfindən hazırlanmış və Azərbaycanda yatırım və ticarət imkanları, həmçinin təşviq mexanizmləri barədə məlumatları əks etdirən videoçarx, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə sərmayədarlar üçün yaradılmış fürsətlər haqqında təqdimat nümayiş etdirilib, iş adamlarının sualları cavablandırılıb, əməkdaşlıq məsələləri müzakirə olunub.
Tədbirlərdə Bursa Ticarət və Sənaye Palatası, Konya Ticarət Palatası və Dənizli Ticarət Palatasının, Uludağ İxracatçıları Birlikləri, Konya İxracatçılar Birlikləri Dərnəyinin və Kütahya Mütəşəkkil Sənaye Bölgəsinin rəhbər şəxsləri, eləcə də 100-dən çox iş adamı iştirak ediblər.
Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin təmsilçiləri, həmçinin Konya və Kütahya şəhərlərinin Mütəşəkkil Sənaye Bölgələrində sənaye və istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub, bu müəssisələrin ölkəmizdə fəaliyyət imkanlarına dair müzakirələr aparıb.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur