Ölkəmizdə səfərdə olan Türkiyənin İğdır vilayətinin biznes nümayəndələri Ağdam Sənaye Parkında görülmüş işlərlə tanış olublar.
Azərbaycanda səfərdə olan Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam Sənaye Parkı ilə tanış olublar. İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə işğaldan azad olunmuş ərazilərdə görülmüş işlər, investorlar üçün tətbiq olunan güzəşt və azadolmalar, həyata keçirilən layihələr barədə məlumat verib.
Bildirilib ki, 190 hektar ərazini əhatə edən sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
Hazırda sənaye parkında investisiya portfeli 260 milyon manatdan çox 28 sahibkarlıq subyektinə rezidentlik. 4 sahibkar isə qeyri-rezidentlik statusu verilib. Parkda 9 müəssisə fəaliyyət göstərir. Digər müəssisələrin təşkili istiqamətində işlər davam etdirilir.
İndiyədək sənaye parkında görülən işlərə sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb.
Sənaye parkında istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, ixrac olunur.
Görüş çərçivəsində türkiyəli iş adamları Ağdam Sənaye Parkında mövcud biznes imkanlarından yararlanmağa dəvət edilib.
Qonaqlar Ağdam Sənaye Parkında görülmüş işlər, Parkın rezidenti “Bafco İnvest” MMC-nin müxtəlif növ ayaqqabıların istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib