Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin Antalya, Burdur, İsparta və Alanyada iş adamları ilə keçirdiyi görüşlərdə ölkəmizin əlverişli işgüzar mühiti barədə məlumat verilib.
Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev Antalya, Burdur və İsparta vilayətlərində, eləcə də Alanyada ticarət və sənaye palatalarının təmsilçiləri ilə işgüzar görüşlər keçirib.
Görüşlər zamanı həmin bölgələrin ticarət və sənaye palatalarında təmsil olunan iş adamlarına Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında, işğaldan azad edilmiş ərazilərdə investorlar üçün nəzərdə tutulan güzəştlər, imtiyazlar, həmçinin təşviq mexanizmləri barədə təqdimatlar olub.
Ticarət nümayəndəsi Tamerlan Tağıyev türkiyəli iş adamlarını Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib, onları investorlara təqdim olunan təşviq və dəstək mexanizmlərindən yararlanmağa çağırıb.
Görüşlərdə iş adamlarının sualları cavablandırılıb, əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.
Sentyabr 26, 2026 16:21
İqtisadiyyat naziri “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Sentyabr 26, 2026 15:27
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Sentyabr 26, 2026 13:49
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb
Sentyabr 26, 2026 13:05
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib