Azərbaycan məhsulları Çinin Kommersiya Nazirliyinin və Pekin Şəhər Xalq Hökumətinin birgə təşəbbüsü ilə Pekində keçirilən xarici məhsulların sərgi-yarmarkalarında nümayiş olunur. Çin Yeni ili ərəfəsində təşkil edilən və “Hamı üçün böyük bazar: Çinə ixrac” şüarı altında keçirilən beynəlxalq premium məhsullar sərgisi şopinq festivalı xarakteri daşıyır. Ölkəmizin Çində ticarət nümayəndəsi aparatının dəstəyi ilə Pekindəki Azərbaycan Ticarət Evi paytaxtın “Ritan” və “Wanyuan - Wangfujing Outlet” ticarət mərkəzlərində “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulları, o cümlədən şərab və digər spirtli içki növlərini, nar şirələrini, kompotları, mürəbbələri və çayı xüsusi pavilyonlarda təqdim edir. Bundan başqa, pavilyonlarda Azərbaycan şirniyyatları və milli mədəniyyətimizə aid suvenirlər də təqdim olunur.
6 günlük silsilə yarmarkalar Pekinin Çaoyan və Toncou rayonlarında keçirilir.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib