Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı Ankarada müxtəlif sektorları təmsil edən iş adamları ilə görüş təşkil edib.
Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev Ankaraya işgüzar səfər edib. Səfər çərçivəsində OSTİM Mütəşəkkil Sənaye Zonasının İdarə Heyətinin sədri Orhan Aydın ilə görüş keçirilib. Görüşdə Sənaye Zonası ilə mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələr və investisiya sahələri barədə müzakirələr aparılıb. Həmçinin Sənaye Zonasına üzv şirkətlərin Azərbaycana səfərlərinin təşkil edilməsinin faydalı ola biləcəyi vurğulanıb.
Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı Ankarada müxtəlif sektorları təmsil edən iş adamları ilə görüş təşkil edib. Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin və birgə təşəbbüslərin dəstəklənməsinin önəmi qeyd olunub.
Görüş çərçivəsində iştirakçılar üçün Azərbaycanda investisiya imkanları, sərmayədarlar üçün təqdim olunan güzəşt və təşviq mexanizmləri barədə təqdimat keçirilib.
Görüşdə iş adamlarının sualları cavablandırılıb, Azərbaycanda həyata keçirilə bilən potensial layihələr və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Sentyabr 29, 2026 19:35
Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısına ev sahibliyi edəcək
Sentyabr 29, 2026 16:14
Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq
Sentyabr 26, 2026 16:21
İqtisadiyyat naziri “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb