Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin dəstəyi ilə Moskvanın Kuntsevo rayonundakı “Veqas” ticarət-əyləncə mərkəzindəki “Tvoy dom” hipermarketində geniş çeşiddə “Made in Azerbaijan” brendli məhsulların təqdim olunduğu “Azərbaycan nemətləri” guşəsi açılıb.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev “Azərbaycan nemətləri” guşəsinin yaradılmasının yerli məhsullarımızın Rusiya bazarında daha çox tanıdılması və ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, bu ilin martında Moskvada “DEPO” qastromarketində “Azərbaycan nemətləri” mağazası açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların yaradılması istiqamətində işlər aparılır.
Sentyabr 26, 2026 16:21
İqtisadiyyat naziri “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Sentyabr 26, 2026 15:27
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Sentyabr 26, 2026 13:49
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb
Sentyabr 26, 2026 13:05
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib