Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsinin aparatı "Russian Business Guide" jurnalı ilə birlikdə ölkəmizin Rusiya ilə iqtisadi əməkdaşlığının müxtəlif sahələri üzrə onlayn müzakirələrə start verib. İlk tədbir Azərbaycan və Rusiya arasında logistika və yükdaşıma məsələlərinə həsr olunub.
Onlayn tədbirdə hər iki ölkənin dövlət və biznes qurumlarının nümayəndələri, eləcə də ekspertlər mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbirdə iki ölkə arasında daşımaların mövcud vəziyyəti, pandemiyanın bu sahəyə təsirləri, yerli məhsullarımızın Rusiyanın regional bazarlarına çıxarılmasına logistik dəstək, əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, aqrar-sənaye kompleksi, rəqəmsal texnologiyalar, tibb və əczaçılıq, turizm, innovasiyalar, maliyyə və Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının digər seqmentləri üzrə onlayn müzakirələrin təşkili də nəzərdə tutulur.
Sentyabr 26, 2026 16:21
İqtisadiyyat naziri “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Sentyabr 26, 2026 15:27
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Sentyabr 26, 2026 13:49
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb
Sentyabr 26, 2026 13:05
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib