Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü ilə “Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda onlayn müzakirə keçirilib.
Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəsinin Aparatının, Azərbaycan Beynəlxalq Bankının, “Azexport.az” portalının təmsilçilərinin, Azərbaycan və Rusiya iş adamlarının iştirakı ilə keçirilən tədbirdə Ticarət nümayəndəsi Ruslan Əliyev müasir dövrdə elektron ticarətin mal və xidmətlərin istehlakçılara çatdırılmasında artan rolunu qeyd edib, bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının elektron ticarətin inkişafı Şurasının sədri Aleksey Fyodorov Rusiyada elektron ticarət və onun inkişaf istiqamətlərindən danışıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament müdiri, “Azexport.az” portalının rəhbəri Ayxan Qadaşov portalın imkanları barədə məlumat verib.
Tədbir çərçivəsində iki ölkənin iş adamları arasında elektron ticarət sahəsində əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib, suallar cavablandırılıb.
Sentyabr 26, 2026 16:21
İqtisadiyyat naziri “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Sentyabr 26, 2026 15:27
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Sentyabr 26, 2026 13:49
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb
Sentyabr 26, 2026 13:05
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib