Moskvada “Crocus City” ticarət mərkəzində yerləşən “Tvoy dom” hipermarketində “Azərbaycan nemətləri” stendinin açılışı olub. Bu, hipermarket şəbəkəsində yaradılan üçüncü stenddir.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev ticarət şəbəkələrində belə stendlərin açılmasının Azərbaycan məhsullarına marağın artmasına, ixrac imkanlarının genişlənməsinə xidmət etdiyini vurğulayıb.
Qeyd edək ki, “Azərbaycan nemətləri” layihəsi Azərbaycan ixracatçılarının dəstəklənməsi və “Made in Azerbaijan” brendli məhsulların Rusiya bazarında təşviqi məqsədilə ölkəmizin Rusiyadakı Ticarət nümayəndəliyi tərəfindən reallaşdırılan “Azərbaycan Ticarət Evi” konsepsiyasının tərkib hissəsidir.
Sentyabr 29, 2026 19:35
Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısına ev sahibliyi edəcək