Çinin Şaansi əyalətinin Sian şəhərində “2021 İpək Yolu Elektron Ticarət Əməkdaşlığı" mövzusunda Dəyirmi Masa keçirilib.
Ölkəmizi bu tədbirdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu təmsil edib. Çinin Kommersiya Nazirliyi və Şaansi Əyaləti Xalq Hökümətinin birgə təşkilatçılığı ilə keçirilən Dəyirmi Masada Teymur Nadiroğlu çıxış edərək Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının, elektron ticarətin inkişafının ölkə iqtisadiyyatının əsas inkişaf prioritetlərindən biri kimi müəyyən edildiyini vurğulayıb, bu istiqamətdə reallaşdırılan tədbirlər barədə iştirakçılara məlumat verib. Qeyd edilib ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yaradılması, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin fəaliyyətə başlaması belə tədbirlərdəndir.
Teymur Nadiroğlu Şaansi əyalətindən olan iş adamlarını Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Sentyabr 26, 2026 16:21
İqtisadiyyat naziri “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Sentyabr 26, 2026 15:27
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Sentyabr 26, 2026 13:49
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb
Sentyabr 26, 2026 13:05
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib