İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinin təşkili davam etdirilir. Nazirlikdə könüllü fəaliyyəti ilə bağlı ərizələrin qəbulu 29 fevral 2020-ci il tarixinədək davam edəcək.
Könüllülər sırasına qoşulmaq istəyən gənclər İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində “Könüllü fəaliyyəti” bölməsinə daxil olmaqla elektron müraciət edə və ya CV-ni Nazirliyə (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) təqdim edə bilərlər.
Nazirlikdə könüllü fəaliyyət müddəti 2 aydır. Könüllülərlə müqavilə müddəti tərəflərin qarşılıqlı razılığına uyğun olaraq uzadıla bilər. Könüllülük müddətini uğurla başa vuran gənclərə sertifikatlar veriləcək.
Əlavə məlumat almaq üçün: Pünhan Cəfərov, tel: 310-28-00, daxili 21-47; e-mail: punhan.cafarov@economy.gov.az
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur