Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycan nemətləri" layihəsi çərçivəsində Moskvanın daha bir "Tvoy dom" hipermarketində müxtəlif növ Azərbaycan məhsullarının satışının həyata keçiriləcəyi növbəti guşə açılıb. Guşədə Azərbaycan istehsalı olan şərablar, müxtəlif növ şirələr, zeytun yağları və s. məhsullar alıcılara təqdim edilir.
Qeyd edək ki, 2019-cu ildən həyata keçirilən "Azərbaycan nemətləri" layihəsi çərçivəsində açılan bu guşə sayca altıncıdır. Bundan əvvəl isə, layihə çərçivəsində Azərbaycan məhsullarının təqdim olunduğu bu cür guşələr Moskva, Yekaterinburq və Voronej şəhərlərində yerləşən ticarət məkanlarında fəaliyyət göstərib.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur