Müsabiqə elanı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət-özəl tərəfdaşlığı çərçivəsində nəzərdə tutulan dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun tikintisi və idarə edilməsi layihəsi üçün potensial investorların cəlb olunması məqsədi ilə  MÜSABİQƏ  elan edir

 

“Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il tarixli 691-VIQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Sumqayıt şəhərində illik istehsal gücü 100 (67) milyon m3 olan dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun tikintisi və idarə edilməsi üçün potensial investorları müsabiqədə iştirak etməyə dəvət edir.

Layihənin təsviri və müsabiqənin şərtlər toplusunun qısa məzmunu :

  • Layihənin məqsədi: Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatı təmin etmək, şirin su mənbələrinin şaxələndirilmək, dövlətin içməli su təchizatı sistemində maliyyə və texniki yükünü azaltmaq, içməli su təchizatı sahəsində beynəlxalq təcrübənin və ölkəyə texnologiya transferinin stimullaşdırılmaq, habelə ölkə iqtisadiyyatına xarici sərmayələri cəlb etməkdir;
  • Layihənin təsviri: Sumqayıt şəhərində illik istehsal gücü 100 (67) milyon m3 olan dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun “tik-idarə et-təhvil ver” modelinə uyğun olaraq tikintisi və idarə edilməsidir;
  • Layihənin müddəti: Müqaviləyə əsasən içməli su istehsalı zavodunun 2.5-3 il müddətində tikintisi və 25 il müddətində özəl tərəfdaş tərəfindən idarə edilməsi nəzərdə tutulur;
  • Müsabiqənin növü: Dövlət-özəl tərəfdaşlığına dair müsabiqə açıq formada keçirilir;
  • Özəl tərəfdaşların seçilməsi: İddiaçılar tərəfindən təqdim olunmuş layihə təkliflərinin maliyyə (40%) və texniki (60) meyarlar üzrə həmin meyarın xüsusi çəkisi nəzərə alınmaqla qiymətləndirilir.

Müsabiqə prosesinin əsas tarixləri

Müsabiqənin əsas mərhələləri

Tarix(müddət)

Müsabiqənin elan edilməsi

15.11.2023

Müraciətlərin qəbulu

15.11.2023 - 06.12.2023

İlkin ixtisas qiymətləndirilməsi müddəti

11.12.2023

Əraziyə baxış və sorğuların qəbulunquiries submission

From [●] till [●]

Müsabiqə ərizələrinin qəbulu üçün son tarix

29.04.2024

Müsabiqə sənədlərinin yoxlanılması və qiymətləndirmə hesabatının imzalanması

05.07.2024

DÖT Layihəsi Müqaviləsinin Yekunlaşdırılması

From [●] till [●]

DÖT layihəsi üzrə müqavilənin imzalanması

Qalibin elan olunmasından sonar 6-8 ay ərzində announcement of Successful Bidder

 

Layihə üzrə dövlət dəstəyi və təminatlar:

Dövlət-özəl tərəfdaşlığı layihəsinə təşviq tədbirləri, vergi və gömrük güzəştləri, suyun alışı və dəyərinin ödənişi üzrə öhdəliklər, müqavilədə qeyd olunan valyuta və elektrik enerjisinin qiyməti ilə bağlı təminatlar şamil edilir.

Dövlət tərəfdaşı:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Müraciət tarixi və iddiaçılara dair tələblər:

Potensial investorlar layihədə iştirak məqsədi ilə 2023-cü ilin 15 noyabr tarixində saat 10:00-dan etibarən ixtisas qiymətləndirilməsi üçün “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun 11-ci maddəsi ilə nəzərdə tutulan sənədlər barədə məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi internet portalından (www.portal.economy.gov.az) əldə edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şirkət azdesalppp@economy.gov.az elektron poçt ünvanı ilə layihəyə dair niyyətini bildirməlidir. Daha sonra müsabiqə sənədlərinə daxil olmaq və müraciət sənədlərini təqdim etmək üçün rəsmi internet portalına (www.portal.economy.gov.az) giriş imkanı əldə edəcəkdir (istifadəçi adı və şifrə).

Müraciət forması barədə:

www.portal.economy.gov.az -a 2 qovluq daxildir:

  1. Müsabiqə məlumat paketi: Qovluğa şərtlər toplusunun 1-ci və 2-ci cildləri və digər müvafiq müsabiqə sənədləri daxildir;
  2. Müsabiqəyə müraciətin təqdim edilməsi: İddiaçıların müsabiqə sənədlərini təqdim etməsi üçün boş qovluq.

Müsabiqədə iştirak etmək üçün hər bir istifadəçi tələb olunan materialları təqdim edilən rəsmi internet portalın “Müsabiqəyə müraciətin təqdim edilməsi” qovluğuna yükləməli və təqdim olunduğunu təsdiq etmək üçün azdesalppp@economy.gov.az ünvanına məlumat göndərməlidir. İddiaçıların müsabiqədə iştirakının təsdiq edilməsi üçün rəsmi müraciət prosedurundan keçməsi tələb olunur.

Müsabiqə və layihə ilə əlaqədar əlavə suallar yarandığı təqdirdə aşağıda qeyd olunan şəxslərlə əlaqə saxlanılması tövsiyyə olunur:

Zaur Məmmədov – İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin Sənaye siyasəti sektorunun müdiri

Tel: (+994 12) 310 28 00 (daxili: 24 73)

Mob: (+994 50) 406 74 77

Əmrah Qarayev – İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin aparıcı məsləhətçisi

Tel.: (+994 12) 310 28 00 (daxili: 21 32)

Mob: (+994 70) 597 99 97

 

Müraciət üçün son tarix

6 Dekabr 2023-cü il saat 18:00 (Azərbaycan vaxtı ilə).