Bakıda keçirilən seminarda ölkəmizin özəl sektor nümayəndələri Türkiyə bazarına ixrac prosedurları barədə məlumatlandırılıblar.
Bakıda ölkəmizin özəl şirkətlərinin nümayəndələri üçün “Türkiyə bazarına çıxış: ixrac, hüquqi və praktiki aspektlər” mövzusunda seminar keçirilib.
Tədbirin açılışında Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Gülizar Yavaş Azərbaycan-Türkiyə ticarət əməkdaşlığı, Türkiyə bazarında Azərbaycan şirkətlərinin iştirakı prosedurları barədə məlumat veriblər.
Seminar çərçivəsində iştirakçılar türkiyəli mütəxəssislər tərəfindən qardaş ölkənin gömrük sistemi, idxal-ixrac əməliyyatları, məhsulların sertifikatlaşdırılması və uyğunluq standartları (TSE, CE, ISO və s.), daşınma mexanizmləri, rəqəmsal satış imkanları, eləcə də hüquqi çərçivə barədə ətraflı məlumatlandırılıblar.
Tədbir çərçivəsində Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan türkiyəli potensial alıcılar və şirkət nümayəndələri ilə Azərbaycan istehsalçıları arasında B2B formatında görüşlər olub. Görüşlər zamanı tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə ilkin razılaşmalar əldə edilib.
Sentyabr 26, 2026 16:21
İqtisadiyyat naziri “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Sentyabr 26, 2026 15:27
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Sentyabr 26, 2026 13:49
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb
Sentyabr 26, 2026 13:05
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib