Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin nümayəndəsi ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Xarici iqtisadiyyatın təşviqi və maliyyələşdirilməsi alt departamentinin rəhbəri Gerlind Hekmanla görüşüb.
İki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb. Bu baxımdan əlaqələrin şaxələndirilməsi, tərəflər arasında işbirliyinin gücləndirilməsi və yeni birgə layihələrin reallaşdırılması üçün imkanlardan səmərəli istifadənin vacibliyi qeyd olunub.
Görüşdə enerji sahəsində səmərəli tərəfdaşlıq, o cümlədən sənaye və texnologiya sahələrində əməkdaşlığın dəstəklənməsi istiqamətində atılacaq addımlar, bu sahədə müzakirəsi davam etdirilən təşəbbüslərin əlaqələndirilməsi barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-Almaniya Biznes Şurası, həmçinin Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclaslarının keçirilməsi və gündəlikdə duran digər məsələlər müzakirə edilib.
Noyabr 12, 2026 10:57
“Gulf Oil International” və “Ashok Leyland” şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
Noyabr 07, 2026 14:01
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib