İqtisadiyyat Nazirliyi könüllü fəaliyyətinə başlayır

İqtisadiyyat Nazirliyi Nazirliyin Aparatında və digər qurumlarında könüllü fəaliyyətinə başlayır.

Qanuna müvafiq olaraq İqtisadiyyat Nazirliyində könüllü fəaliyyəti aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

  • Nazirliyin fəaliyyət istiqamətləri üzrə vəzifələrin icrasında işçilərə köməklik göstərmək;
  • Nazirlikdə korrespondensiyanın qəbulu və göndərilməsi, habelə sənədlərin qeydə alınması, rəsmiləşdirilməsi, işlərin formalaşdırılmasında işçilərə köməklik göstərmək;
  • Nazirlikdə icra olunmuş sənədlərin işə tikilməsini və sənədlərin saxlanılmasını təmin etməkdə işçilərə köməklik göstərmək;
  • Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.

Könüllülər sırasına qoşulmaq istəyən gənclər İqtisadiyyat Nazirliyinin www.economy.gov.az saytından “Könüllü fəaliyyəti” bölməsinə daxil olaraq elektron müraciət edə bilər və ya öz CV-ni Nazirliyin inzibati binasına (Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi 84) təqdim edə bilərlər.

Könüllü fəaliyyəti ilə bağlı ərizələrin qəbulu 1 iyun 2019-cu il tarixdən 30 iyun 2019-cu il tarixdə saat 1800-dək aparılacaq.

Könüllü fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur.

İqtisadiyyat Nazirliyi üzrə gündəlik olaraq 2 növbədə könüllü fəaliyyəti təşkil olunur. Növbələrin bölgüsü aşağıdakı kimidir:

  • 10:00-13:00 – Birinci növbə
  • 14:00-17:00– İkinci növbə

İqtisadiyyat Nazirliyində könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. İqtisadiyyat Nazirliyində təşkil olunan könüllü fəaliyyətinə “ümumi iqtisadiyyat, inzibati idarəetmə, hüquqşünaslıq”  ixtisasına malik ali təhsilli və 21-29 yaş arası gənclər müraciət edə bilər.

Könüllülər ilə müqavilə müddəti tərəflərin qarşılıqlı razılığına uyğun olaraq uzadıla bilər.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

Bu tələblərə uyğun namizədlərə üstünlük verilir:

  • Komüterdə ən azından Microsoft Office proqramlarını (Word, PowerPoint, Excel) bilməsi;
  • Dil biliklərinin olması (rus, ingilis və s.)
  • Ünsiyyətcillik, işgüzarlıq, təşəbbüskarlıq qabiliyyətinin olması;
  • Sərbəst araşdırma bacarığının olması;
  • Operativlik və təşkilatçılıq;
  • Kollektivdə işləmək bacarığı;