Çinin Nankin şəhərində Çin – Azərbaycan investisiya və ticarət əməkdaşlığına dair tədbir keçirilib. Tədbirdə Çin iqtisadiyyatının müxtəlif sektorlarını təmsil edən 150-ə yaxın qurum və şirkətin nümayəndələri iştirak edib, işgüzar dairələr arasında əməkdaşlıq əlaqələrinə dair təqdimartlar dinlənilib.
Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycanla Çinin Cianqsu əyaləti arasında ticarət, investisiya, logistika, istehsalın lokallaşdırılması və kənd təsərrüfatı kimi sahələrdə böyük əməkdaşlıq potensialını diqqətə çatdırıb, çinli investorlara ölkəmizin biznes və investisiya cəlbediciliyi, sənaye parkları və Ələt Azad İqtisadi Zonası (AFEZ) haqqında məlumat verib, Çin şirkətlərini Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinə qoşulmağa dəvət edib.
Tədbir çərçivəsində Nankin şəhərindəki “Azərbaycan Ticarət Evi” ilə “Huaian Baimahu Liquor Industry Co., Ltd.” şirkəti arasında məhsullarının alqı-satqsına dair müqavilə imzalanıb.
Tədbirdən sonra Azərbaycanla əməkdaşlığa maraq göstərən şirkətlərlə müzakirələr aparılıb, onların sualları cavablandırılıb.