Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2026-cı il tarixli Fərmanı ilə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracının genişlənməsi məqsədilə 1 sentyabr 2026-cı il tarixindən gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən kompensasiya edilir.
Dəstəkdən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçılar yararlana bilərlər. Kompensasiyanın məbləği ixrac olunan malın gömrük dəyərinə uyğun tətbiq edilən gömrük rəsmiləşdirmə yığımına əsasən müəyyən ediləcək və hər bir ixrac bəyannaməsi üzrə müəyyən edilmiş yuxarı hədd nəzərə alınır.
Qeyd edək ki, ixrac zamanı gömrük rəsmiləşdirilməsi xərclərinin kompensasiyası mexanizmi 30 sentyabr 2031-ci il tarixinədək – ümumilikdə 5 il müddətində tətbiq ediləcək.