Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə İzmirdə ölkəmizin investisiya imkanları mövzusunda məlumatlandırıcı təqdimatlar keçirilib.
Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı və İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) birgə təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində Azərbaycanda investisiya imkanları mövzusunda məlumatlandırıcı tədbir keçirilib. İZAZDER üzvləri və izmirli iş adamlarının iştirak etdiyi tədbirdə Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, İZAZDER İdarə Heyətinin sədri Pərviz Altay və İZAZDER Türkiyə-Azərbaycan İnkişaf Komitəsinin sədri Tamer Öztürk Azərbaycana yatırım fürsətləri, ölkələrimiz arasında işgüzar münasibətlərin daha da gücləndirilməsi barədə çıxış ediblər. Ölkəmizin biznes və sərmayə mühitinə dair təqdimatlar keçirilib, iş adamlarının sualları cavablandırılıb, mövzu üzrə fikir mübadiləsi aparılıb.
İzmirə səfər çərçivəsində İzmirdə fəaliyyət göstərən “Heber Mühəndislik” şirkətinin istehsal müəssisəsinin fəaliyyəti ilə tanışlıq olub. Müəssisə rəhbərliyi ilə görüş zamanı Azərbaycanda işgüzar mühit və bu sahədə tətbiq olunan güzəştlər barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub.
Səfər çərçivəsində Konsulluq Korpusu Üzvləri Assosiasiyasının iclasında ölkəmizin sərmayə mühiti haqqında məlumat verilib. Həmçinin Assosiasiya sədrinin müavini Ahmet Fahri Yiğitbaşı, Yaşar Universitetinin rektoru professor Levent Kandiller çıxışlarında Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əməkdaşlığının daha da möhkəmləndirilməsi üçün səylərin birləşdirilməsinin önəmini qeyd ediblər. Tədbirdə Azərbaycanda investisiya imkanları mövzusunda təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb.
Sentyabr 26, 2026 16:21
İqtisadiyyat naziri “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Sentyabr 26, 2026 15:27
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Sentyabr 26, 2026 13:49
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb
Sentyabr 26, 2026 13:05
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib