Türkiyənin Kocaeli şəhərində Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə ölkəmizdə sərmayə imkanları mövzusunda görüş keçirilib, investisiya əməkdaşlığına dair müzakirələr aparılıb.
Türkiyənin Kocaeli şəhərində Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının və Kocaeli Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycanda investisiya imkanları mövzusunda görüş keçirilib.
İş adamlarının geniş iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev və Kocaeli Ticarət Palatasının rəhbəri Necmi Bulut çıxış edərək Azərbaycan ilə Türkiyə arasında iqtisadi münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıblar. Çıxışlarda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sahibkarlara təqdim olunan güzəştlər, sənaye zonaları, logistika imkanları, eləcə də qeyri-neft sektorunda reallaşdırılan layihələr barədə məlumat verilib.
Tədbir çərçivəsində mövzu ilə bağlı təqdimatlar keçirilib, Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri, ixrac imkanları və investorlara yaradılan şərait iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, tədbirdə iştirak edən iş adamlarının sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində bir sıra müəssisələrin fəaliyyəti ilə tanışlıq olub.
Sentyabr 26, 2026 16:21
İqtisadiyyat naziri “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Sentyabr 26, 2026 15:27
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Sentyabr 26, 2026 13:49
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb
Sentyabr 26, 2026 13:05
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib