Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının İğdır, Qars, Ərdəhan, Rize və Trabzon vilayətlərinə işgüzar səfərləri çərçivəsində ölkəmizdə investisiya imkanları haqqında məlumat verilib.
Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı ölkəmizin Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə İğdır, Qars, Ərdəhan, Rize və Trabzon vilayətlərinə işgüzar səfərlər həyata keçirib.
Səfərlər çərçivəsində həmin vilayətlərin valiləri, bələdiyyə sədrləri, ticarət və sənaye palatalarının, həmçinin ticarət birjasının rəhbərləri ilə görüşlər təşkil olunub. Görüşlərdə iki ölkə və regionları arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi, qarşılıqlı investisiya yatırılması imkanları, işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi istiqamətində görülə biləcək tədbirlər müzakirə edilib.
Səfərlər çərçivəsində vilayətlərin ticarət və sənaye palatalarında Azərbaycanda investisiya imkanları mövzusunda təqdimatlar olub. Ölkəmizdə investorlar üçün tətbiq olunan təşviq mexanizmləri və güzəştlər, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda biznes fəaliyyəti üçün yaradılmış əlverişli mühit haqqında məlumat verilib, iş adamlarının sualları cavablandırılıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib