Türkiyədə Naxçıvanın investisiya və ixrac imkanları tanıdılıb

İstanbul, İzmir, İğdır və Qarsda Azərbaycanın, o cümlədən Naxçıvanın investisiya və ixrac imkanları təqdim olunub, iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı və Naxçıvan Muxtar Respublikasının (NMR) İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Türkiyədə Səfirliyinin və ölkəmizin Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə Azərbaycan nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində bir sıra görüş və tədbirlər keçirib. 

İstanbul valisi Davut Gül və İzmirdə bu şəhərin valisinin müavini Nüsret Şahin ilə görüşlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Həmçinin İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri Erdal Bahçıvan və Ege Bölgəsi Sənaye Palatası İdarə Heyətinin sədri Ender Yorgancı ilə görüşlərdə tərəfdaşlığa dair müzakirələr aparılıb.

İstanbul və Ege Bölgəsi sənaye palatalarında “Azərbaycan investisiya imkanları: Naxçıvan bölgəsinin strateji potensialı” mövzusunda məlumatlandırıcı tədbirlər təşkil olunub. Tədbirlərdə Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev və Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı, Naxçıvanın investisiya və ixrac potensialı, investorlar üçün yaradılan güzəşt və imkanlar barədə məlumat veriblər. Həmçinin Zəngəzur dəhlizi və yeni logistika potensialının iki ölkənin iqtisadi inkişafına töhfə verəcəyi qeyd edilib. Tədbirlər çərçivəsində Azərbaycanda, o cümlədən, Naxçıvanda sərmayədarlar üçün tətbiq olunan güzəştlər barədə təqdimatlar keçirilib. Türk iş adamları ilə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

İğdırda bu şəhərin valisi Mustafa Fırat TaşolarQarsda isə bu şəhərin valisi Ziya Polat və bələdiyyə sədri Ötüken Senger ilə görüşlər keçirilib. Görüşlər zamanı Türkiyə ilə iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Həmçinin İğdır vilayəti rəsmiləri və iş adamlarının iştirakı ilə Azərbaycanda investisiya imkanları: Naxçıvan bölgəsinin strateji potensialı” mövzusunda məlumatlandırıcı tədbirdə, eləcə də Qars Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Kadir Bozan və Qarsda fəaliyyət göstərən iş adamları ilə görüş ölkəmizin, o cümlədən Naxçıvanın investisiya və ixrac imkanları, həmçinin muxtar respublikadbiznes və sərmayədarlar üçün tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri barədə məlumat verilibMövzu ilə bağlı təqdimatlar keçirilibiş adamlarının sualları cavablandırılıb.