Astanada keçirilən 5-ci Avrasiya İqtisadi Forumunda Azərbaycanın əlverişli investisiya mühiti, sənaye zonalarının təqdim etdiyi imkanlar barədə məlumat verilib.
28-29 may 2026-cı il tarixlərində Astana şəhərində 5-ci Avrasiya İqtisadi Forumu keçirilib. Forum çərçivəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənov “Avrasiya İqtisadi İttifaqı – MDB: Tərəqqi naminə iqtisadi tərəfdaşlıq” adlı sessiyada çıxış edib.
Çıxışı zamanı qlobal ticarət-logistika zəncirlərinin transformasiyası şəraitində region dövlətləri arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Avrasiya məkanında nəqliyyat bağlantılarının inkişafında və biznes imkanlarının genişləndirilməsində Orta Dəhlizin strateji rolu qeyd olunub.
Bununla yanaşı, Azərbaycanın əlverişli investisiya mühiti, o cümlədən investorlar üçün geniş dövlət təşviqləri, sənaye zonalarının təqdim etdiyi imkanlar, azad edilmiş ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verilib. Həmçinin MDB ölkələrinin işgüzar dairələri Azərbaycanla tərəfdaşlığın genişləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə dəvət edilib.
Sentyabr 26, 2026 16:21
İqtisadiyyat naziri “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Sentyabr 26, 2026 15:27
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Sentyabr 26, 2026 13:49
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb
Sentyabr 26, 2026 13:05
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib