Hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.
Hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər investisiya təşviqi sənədini ala bilərlər.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq olunmuş iqtisadi fəaliyyət sahələrinə, ərazilər və zonalara, habelə minimal məbləğlərə uyğun olaraq həyata keçirilən layihələrə investisiya təşviqi sənədi verilir.
Bu mexanizm sənaye və turizm sahələrini əhatə edir.
müvafiq meyarlara cavab verən investisiya layihəsi (biznes planı);
müəyyən edilmiş meyarlar üzrə nəzərdə tutulmuş məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd;
sahibkarın vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnaməsinin surəti.
İnvestisiya təşviqi sənədi 5 iş gününə verilir.
İnvestisiya təşviqi sənədini əldə edən hüquqi şəxslər və fərdi sahibkarlar:
müvafiq olaraq mənfəət və gəlir vergisini 7 il müddətinə 50% güzəştlə ödəyirlər;
müvafiq əmlaka görə əmlak vergisindən, torpağa görə isə torpaq vergisindən 7 il müddətinə azad olunurlar;
müvafiq təsdiqedici sənəd əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı ƏDV-dən və gömrük rüsumlarından 7 il müddətinə azad olunurlar.