İxracın və investisiyaların təşviqi məqsədilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanına əsasən “Made in Azerbaijan” brendinin, eləcə də ixracyönümlü Azərbaycan mənşəli məhsulların xarici bazarlarda tanıdılması istiqamətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən fərqli mexanizm və dəstək tədbirləri mövcuddur.
Sözügedən dəstək mexanizmlərinə aiddir:
Dəstək tədbirlərinin maliyyələşdirilməsi, təşkili və idarə edilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi şəxslər ixraca dəstək tədbirlərindən istifadə etmək hüququna malikdirlər.
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 27-ci mal qrupuna (mineral yanacaq, neft və onların destillə (qovulma) məhsulları, bitum tərkibli maddələr, mineral mumlar) daxil olan məhsullara, eləcə də dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə (onların xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları istisna olmaqla) şamil edilmir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən ixraca dəstək tədbirlərində iştirak edəcək ixracatçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə müəyyən etdiyi qaydada təşkil edilən müsabiqə əsasında və ya İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən meyarlara uyğun seçilir.
Dəstək tədbirlərində iştirak məqsədilə ixracatçılar AZPROMO-ya müraciət etməlidirlər.
Beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı ixracatçılara ödənilən dəstək məbləğinə həmin sərgi və ya yarmarkanın keçirildiyi məkanda yerin icarəsinə, stendin hazırlanması, dizaynı və quraşdırılmasına, nümayiş etdiriləcək məhsulların daşınmasına çəkilən xərclər daxildir. Dəstək məbləği çəkilən xərclərin 50 (əlli) faizini 10 (on) min manatdan artıq olmamaqla təşkil edir.
Ərizə və ona əlavə olunacaq sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” ilə müəyyən edilib. Dəstək tədbirinin növündən asılı olaraq təqdim edilməli olan sənədlər daxildir:
İddiaçının ərizənin təqdim olunduğu tarixə dövlət büdcəsinə vergilər üzrə borcu olduqda iddiaçı müsabiqənin təşkilatçısı tərəfindən müsabiqədən kənarlaşdırılır və bu barədə ona müsabiqə gününədək rəsmi qaydada məlumat verilir.
Vergi Məcəlləsinin 165.1.3-cü yarımbəndinə əsasən malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı sıfır (0) dərəcə ilə vergiyə cəlb olunur.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun office@azpromo.gov.az elektron ünvanına müraciət edərək “Made in Azerbaijan” əmtəə nişanının vektor formatını, eləcə də istifadə təlimatını əldə etmək mümkündür.
Azərbaycanda investisiya təşviqi sənədinə sahib olan investorlar üçün vergi güzəştləri və digər iqtisadi stimullar təqdim edilir. Əlavə olaraq, sənaye parklarında və Ələt azad iqtisadi zonasında fəaliyyət göstərən müəssisələr müəyyən vergi güzəştlərindən faydalana bilərlər.
Azərbaycan ərazisində yerləşən sənaye parkları investorlar üçün vergi və gömrük güzəştləri, infrastruktur dəstəyi və əlverişli biznes mühiti təklif edir. Bu parklar əsasən kimya, əczaçılıq, texnologiya, eləcə də digər ağır və yüngül sənaye sahələrində geniş investisiya imkanları yaradır.
Sahibkarlar öz investisiya layihələrini http://invest.gov.az/en/page/contact-us bölməsi vasitəsilə göndərdikdən sonra layihəyə baxılır və nəticəsinə uyğun olaraq müciətə cavab verilir.
Azərbaycanda enerji, kənd təsərrüfatı, turizm, kimya, dağ-mədən, informasiya texnologiyaları, nəqliyyat və logistika, yüngül və ağır sənaye və digər sektorlarda investisiya imkanları mövcuddur. Bu sahələrin inkişaf etdirilməsi məqsədilə müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq edilir.
Azərbaycanda xarici investorların maraqları qanunvericilik, beynəlxalq sazişlər və dövlət təminatları ilə qorunur. "İnvestisiya fəaliyyəti haqqında” qanun xarici investorların hüquqlarının qorunmasını, sərmayələrinin milliləşdirilmə və dövlət tərifindən alınmayacağını, eləcə də mənfəətlərin sərbəst repatriasiya edilə biləcəyini təmin edir. Bundan əlavə, Azərbaycan bir çox ölkə ilə ikiqat vergitutmanın qarşısının alınması, habelə investisiyaların qarşılıqlı qorunması sazişləri imzalayıb.