ƏDV geri al

Hansı obyektlərdən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılır?

Supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsini geri almaq mümkündür. Bu zaman istehlakçı fiziki şəxs olmalı, ƏDV ödəyicisi olan satıcı isə yeni nəsil kassa aparatlarından istifadə etməlidir.

ƏDV-nin bir hissəsini geri almaq üçün harda qeydiyyatdan keçməliyik?

İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır.

ƏDV-nin bir hissəsini geri almaq üçün konkret hansı prosedurları yerinə yetirməliyəm?

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Fiskal ID nədir?

Fiskal ID malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 12-lik say sistemi üzrə simvollardan ibarət unikal identifikator, yəni çek formalarının üzərində çap olunması zəruri olan məlumatlardır.

QR kod vasitəsilə ƏDV-ni geri qaytarmaq mümkündürmü?

Bəli, BirBank mobil tətbiqi vasitəsilə çekin üzərində əks olunan "QR kodu" oxutmaq, açılan pəncərədə ƏDV-nin geri qaytarılmasını təsdiq etmək kifayərdir.

Elektron kabinetinə giriş şifrəsini unutmuşam, şifrəni necə bərpa edə bilərəm?

"Şifrənin bərpası" imkanı vasitəsilə şəxsiyyətinizi təsdiq edən sənədin FİN kodunu və qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni daxil edib, mobil nömrənizə göndəriləcək birdəfəlik şifrəni daxil etməklə yeni şifrə yarada bilərsiniz.

ƏDV-nin bir hissəsi alıcıya hansı müddət ərzində və necə qaytarılır?

Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Çek üzrə "gözləmə" statusu nə deməkdir?

Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda, çekin fiskal ID-si portala daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” status ilə “tarix&