Sənaye zonaları

Sənaye parklarının rezidentləri hansı vergi və gömrük imtiyazlarından faydalanırlar?

Sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Sənaye parklarında hazır tikili sahələr icarəyə verilirmi?

Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında yalnız torpaq sahələri uzun müddətli icarəyə verilir.

Sənaye parklarında idxal olunan xammal üçün hər hansı bir imtiyazlar mövcuddur?

Sənaye parklarında idxal olunan xammal üçün hər hansı bir imtiyaz mövcud deyil.

Vergi və gömrük imtiyazları hansı tarixdən hesablanır?

Vergi imtiyazları hüquqi/fiziki şəxslərin sənaye parklarında rezident kimi qeydiyyata alındığı tarixdən etibarən hesablanır.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən istehsal fəaliyyəti həyata keçirilir?

“Sumqayıt Kimya Sənaye Parkı” MMC Sumqayıt Kimya, Qaradağ, Pirallahı və Mingəçevir sənaye parklarının idarəedici təşkilatı və operatorudur. “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən istehsalat fəaliyyəti həyata keçirilmir.  

Sənaye parklarının profilləri nədir?

Sumqayıt Kimya Sənaye Parkında əsas istiqamətlər kimya, neft-kimya, maşınqayırma, tikinti materialları, metallurgiya, elektrotexnikadır.

 Mingəçevir Sənaye Parkında əsas istiqamət tekstil sənayesidir.

 Qaradağ Sənaye Parkında əsas istiqamət gəmiqayırmadır.

 Pirallahı Sənaye Parkında əsas istiqamət əczaçılıq sənayesidir.

Sənaye parklarında minimum investisiya məhdudiyyəti varmı?

Sənaye parklarında minimum investisiya üçün məhdudiyyət müəyyən edilməmişdir. 

Sənaye parklarının rezidentləri hansı ödənişləri edir?

Torpaq icarə haqqı (illik): 

 Sumqayıt Kimya Sənaye Parkında illik icarə haqqı ilk hektara  görə 1600 manat ikinci hektar və daha yuxarı isə 3200 manat təşkil edir.

(Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 8000 manat, 0.5 hektar ərazi üçün 800 manat təşkil edəcəkdir.) 

 Pirallahı Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 2000 manat ikinci hektar və daha yuxarı isə 4000 manat təşkil edir. (Məsələn: hektar ərazi üçün illik icarə haqqı 10 000 manat, 0.5 hektar ərazi üçün 1000 manat təşkil edəcəkdir.) 

 Mingəçevir Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 800 manat ikinci hektar və daha yuxarı isə 1600 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 4000 manat, 0.5 hektar ərazi üçün 400 manat təşkil edəcəkdir.) 

 Qaradağ Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 2000 manat ikinci hektar və daha yuxarı isə 4000 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 10 000 manat, 0.5 hektar ərazi üçün 1000 manat təşkil edəcəkdir.)

 Xidmət haqqı (aylıq):

 Hər bir hektara görə aylıq xidmət haqqı ƏDV xaric 850 manat təşkil edir.

Sənaye parklarında torpaq sahələri rezidentlərin mülkiyyətinə verilirmi?

Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında torpaq sahələri dövlət mülkiyyətindədir və rezidentlərə müqavilə əsasında uzunmüddətli icarəyə verilir.