Hazırda Azərbaycanda müxtəlif sahələr üzrə qiymətlərin dövlət tənzimlənməsini 3 qurum həyata keçirir:
Azərbaycan Respublikasının Nazirlər Kabineti tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər, avtomobil parklanmasına görə ödəniş, icbari tibbi sığorta tarifləri, baytarlıq və fitosanitar xidmətlər, dövlət mənzil fondundan istifadə haqqı və digər məsələlərlə bağlı tənzimləmə aparır.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Aİ-92” benzinin, dizelin, elektrik enerjisinin, təbii qazın, su və istilik təchizatının, tələbə qəbulu və dövlət qulluğu üzrə imtahanların, dövlət qeydiyyatına alınmış dərmanların və s. qiymətlərini tənzimləyir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi metroda, avtobusda gediş qiymətlərini, telefon rabitəsi, dəmir yolu və dənizlə tranzit yükdaşımalar, hava nəqliyyatı ilə ölkə ərazisində yük, sərnişin daşıma və s. xidmətlərin qiymətini tənzimləyir.
Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Mütərəqqi beynəlxalq təcrübə və dövlətin sosial-iqtisadi siyasəti nəzərə alınaraq, tənzimlənən qiymətlərin tətbiq edildiyi sahələrdə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq yuxarıda göstərilən siyahıda dəyişikliklər edilir.
Yuxarıda adları qeyd olunan üç dövlət orqanının tənzimlədiyi məhsul və xidmətlərlə bağlı məlumatlar aşağıdakı cədvəldə verilib:
№ |
Qiymətləri tənzimlənən mal və xidmətlərin siyahısı |
Tənzimləyici qurum |
1. |
Dövlət mənzil fondundan istifadə ilə (kirayə, saxlanılma və s.) əlaqədar haqlar |
Nazirlər Kabineti |
2. |
Dövlət mənzil fonduna aid yaşayış evlərində liftdən istifadə və məhəllədaxili fərdi qarajdan və qeyri-yaşayış sahələrindən istifadə haqqı |
Nazirlər Kabineti |
3. |
Su və meşə heyvanlarının ovlanması icazəsi |
Nazirlər Kabineti |
4. |
Ödənişli əsaslarla kadr hazırlığı |
Nazirlər Kabineti |
5. |
Bankların və digər kredit təşkilatlarının DGK-nın reyestrinə salınması |
Nazirlər Kabineti |
6. |
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə ödədiyi illik haqq |
Nazirlər Kabineti |
7. |
Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqq |
Nazirlər Kabineti |
8. |
Nəzarət markasının alınmasına görə haqq |
Nazirlər Kabineti |
9. |
Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanın hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqq |
Nazirlər Kabineti |
10. |
Dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası |
Nazirlər Kabineti |
11. |
Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizası |
Nazirlər Kabineti |
12. |
Fitosanitar tədbirləri və xidmətləri |
Nazirlər Kabineti |
13. |
Baytarlıq xidməti və nəzarəti tədbirləri |
Nazirlər Kabineti |
14. |
Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər |
Nazirlər Kabineti |
15. |
Nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş |
Nazirlər Kabineti |
16. |
İcbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin tarifləri |
Nazirlər Kabineti |
17. |
Dövlət yollarının salınması və saxlanılması xidmətləri |
Nazirlər Kabineti |
18. |
Dövlətə məxsus laboratoriya xidmətləri (xidmətlər Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılır) |
Nazirlər Kabineti |
19. |
Təbii sərvətlər (hidrometeorologiya və meşə təsərrüfatı sahələrindən başqa) sahəsində əsas xidmətlər (geoloji və ekoloji ekspertizanın aparılması, sənədlərin və informasiyaların verilməsi) |
Nazirlər Kabineti |
20. |
Meşə təsərrüfatı sahəsində əsas xidmətlər (meşə sahələrinin icarə qiyməti, əsas meşə və kol cinslərinin köküstü buraxılış nırxları) |
Nazirlər Kabineti |
21. |
Hidrometeorologiya xidmətləri |
Nazirlər Kabineti |
22. |
Elektrik enerjisi |
Tarif (qiymət) Şurası |
23. |
Su təchizatı və tullantı suların axıdılması |
Tarif (qiymət) Şurası |
24. |
Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı |
Tarif (qiymət) Şurası |
25. |
İstilik enerjisi və istilik təchizatı |
|
Əhali “Azəristiliktəchizat” ASC tərəfindən həyata keçirilən |
Tarif (qiymət) Şurası |
|
26. |
Meliorasiya və su təsərrüfatı sahəsində əsas xidmətlər |
Tarif (qiymət) Şurası |
27. |
Məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi |
Tarif (qiymət) Şurası |
28. |
Tikinti obyektlərinin elektrik, qaz və su xətlərinə qoşulma xidmətləri |
Tarif (qiymət) Şurası |
29. |
Xam neft, “Aİ-92” markalı benzin və dizel yanacağı |
Tarif (qiymət) Şurası |
30. |
Mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi |
Tarif (qiymət) Şurası |
31. |
Dövlət qulluğu üzrə test imtahanlarında və müsahibədə iştirak etmək |
Tarif (qiymət) Şurası |
32. |
Xüsusi rabitə xidmətləri |
Tarif (qiymət) Şurası |
33. |
DYPİ-nin təxliyə, duracaq və müşayiət xidmətləri |
Tarif (qiymət) Şurası |
34. |
Ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği |
Tarif (qiymət) Şurası |
35. |
Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı xidmətlər |
Tarif (qiymət) Şurası |
36. |
Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələri |
Tarif (qiymət) Şurası |
37. |
Dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələri |
Tarif (qiymət) Şurası |
38. |
Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza |
Tarif (qiymət) Şurası |
39. |
Tibbi müayinə kartı |
Tarif (qiymət) Şurası |
40. |
Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti xidmətləri |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
41. |
Metro nəqliyyatında sərnişin daşıma fəaliyyəti |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
42. |
Şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
43. |
Şəhərlərarası ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
44. |
Radiotezliklərdən istifadə, yüksəktezlikli qurğuların istismarı və nəzarəti |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
45. |
Qəbuledici - verici radio və televiziya stansiyalarının xidmətləri |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
46. |
Ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitəsi xidmətləri |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
47. |
Beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s. xidmətləri |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
48. |
Su limanı sahəsində xidmətlər (liman qurğularının istismarı və yükaşırma) |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
49. |
Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişindaşıma* |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
50. |
Dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər, həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətləri |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
51. |
Aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
Qiymətlərin tənzimlənməsinin əsas prinsipləri “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi ilə müəyyən olunmuşdur:
1. tənzimlənmənin bazar münasibətləri və iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi baxımından həyata keçirilməsi;
2. iqtisadiyyatın prioritet sahələrinin intensiv inkişafına investisiya qoyuluşunun stimullaşdırılması;
3. inhisarçılıq hallarının məhdudlaşdırılması və qarşısının alınması, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması;
4. təbii inhisar subyektlərinin qiymətlərinin tənzimlənməsində ölkənin sosial-iqtisadi inkişafına səmərəli təsirinin təmin olunması;
5. dövlətin iqtisadi maraqlarına uyğun ölkənin təbii sərvətlərindən istifadənin səmərəliliyinin dünya bazar qiymətlərinin nəzərə alınması;
6. məhsulun (malın, işin, xidmətin) daxili və dünya bazar qiymətlərinin nəzərə alınması;
7. qiymətin əmələ gəlməsində iqtisadi cəhətdən əsaslandırılmış xərclərin ödənilməsi;
8. inflyasiyanın qarşısının alınması, yarana bilən iqtisadi və sosial böhranlara yol verilməməsi;
9. qiymətləri tənzimlənən məhsulları (malları, işləri, xidmətləri) istehsal edən təsərrüfat subyektlərinin texniki və texnoloji inkişafı üçün əlverişli iqtisadi şəraitin yaradılması;
10. qiymət amilinin istiqamətləndirici, həvəsləndirici və məhdudlaşdırıcı təsirindən istifadə edilməsi.
Qiymətlərin tənzimlənməsi sahəsində dövlətin əsas vəzifələri “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən olunmuşdur:
1. qiymətlərin tənzimlənməsi sahəsində dövlətin siyasətini müəyyən etmək və onun həyata keçirilməsini təşkil etmək;
2. qiymətlərin tənzimlənməsi, tətbiqi və onlara nəzarət edilməsinə dair qanunvericilik aktlarını qəbul etmək;
3. tənzimlənən qiymətlərin təsdiqi, tətbiqi, dəyişdirilməsi, tənzimlənməsinin dayandınlması və qiymətin əmələ gəlməsi qaydalarını müəyyən etmək;
4. yerli istehsalın intensiv inkişafına əlverişli şərait yaratmaq və daxili bazarın qorunmasını təmin etmək;
5. yüksək mənfəət əldə etmək məqsədilə qiymətlərin səviyyəsinin əsassız olaraq artırılmasının qarşısını almaq və dövlətin iqtisadi maraqlarını təmin etmək;
6. dövlət ehtiyaclarını ödəmək üçün büdcə vəsaitinin məqsədyönlü və səmərəli istifadə olunmasını təmin etmək;
7. qiymətlərin tənzimlənməsi ilə əlaqədar tənzimləyici orqan ilə qiymətin əmələ gəlməsi subyekti arasında meydana çıxan məsələlərə baxmaq və qərar qəbul etmək.
Qiymətlərin tənzimlənməsi üsulları “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə müəyyən olunmuşdur:
1. qiymətləri təsdiq etməklə;
2. qiymətlərin səviyyəsini məhdudlaşdırmaqla;
3. qiymətdə rentabellik normasının səviyyəsini məhdudlaşdırmaqla;
4. vergi, gömrük tarifi və rüsumların dərəcələrini dəyişməklə;
5. imtiyazlı (güzəştli) kreditlər verməklə;
6. dövlət büdcəsindən subsidiya verməklə;
7. tənzimlənən qiymətlərin tətbiq edildiyi məhsulun (malın, işin, xidmətin) qiymətlərini müxtəlif istehlakçı qrupları üzrə fərqləndirməklə.
Ölkədə aparılan sosialyönümlü siyasət və bununla bağlı tapşırıqlar nəzərə alınaraq, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin qorunması məqsədilə hazırda ən aşağı tariflə istehlak edilən illik təbii qaz sərfiyyatı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 29.12.2024-cü il tarixli 18 nömrəli Qərarı ilə 1200 kubmetr müəyyən edilmişdir.
Əhali istehlakçı qrupu üzrə istehlak həcmindən asılı olaraq dəyişən diferensial tariflər daha yüksək vahid tarifin tətbiqinə alternativ olaraq təsdiq edilmişdir. Diferensial tariflər istehlakın məhdudlaşdırılması məqsədi daşımır, qənaəti təşviq edir və xidmətin davamlılığını təmin edir.
İlk baxışdan əhali istehlakçı qrupu üçün təbii qaz üzrə istehlak həcmindən asılı olaraq dəyişən 3 diferensial tarifin (12,5 qəpik/kubmetr; 22 qəpik/kubmetr və 30 qəpik/kubmetr) tətbiq edildiyi görünsə də, əslində istehlak həcmindən asılı olaraq dəyişən çoxlu faktiki proqressiv diferensial tariflər yaranır. Məsələn, təbii qaz üzrə illik istehlak həcmi 1000, 1500, 2000, 2500 və 3000 kubmetr olduqda, faktiki tarif müvafiq olaraq 12,5; 14,4; 16,3; 17,4 və 19,5 qəpik/kubmetr təşkil edir. Beləliklə, istehlak həcmi artdıqca faktiki olaraq kəskin şəkildə artan deyil, tədricən yüksələn tariflər tətbiq edilir.
Enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə istilik təchizatı üçün mərkəzləşdirilmiş qazanxanalara verilən təbii qazın tarifi Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 29.12.2024-cü il tarixli 18 nömrəli Qərarına əsasən 16,5 qəpik/m3 müəyyən edilmişdir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 29.12.2024-cü il tarixli 19 nömrəli Qərarı ilə əhali istehlakçıları üçün tarif aylıq elektrik enerjisi sərfiyyatı 200 kVts-dək (200 kVts daxil) olan hissə üçün 8,4 qəpik/kVts, 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissə üçün 10 qəpik/kVts, 300 kilovat-saatdan çox olan hissə üçün isə 15 qəpik/kVts müəyyənləşdirilmişdir.
200 kVts üçün: 200 kVts x 0,084 manat/kVts = 16,8 manat;
200-300 kVts arası 100 kVts üçün: 100 kVts x 0,10 manat/kVts = 10 manat;
300-450 kVts arası 150 kVts üçün: 150 kVts x 0,15 manat/kVts = 22,5 manat;
450 kVts üçün cəmi: 16,8 manat + 10 manat + 22,5 manat = 49,3 manat.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”na tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki və ya texnoloji qoşulmasına görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğ ödənilməlidir. Həmin Qaydaya əsasən ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması həyata keçirilir. Bununla əlaqədar Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə (271 manat) texnoloji qoşulma xidmətinə görə ödəniş etməlidirlər.
Digər tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması ilə əlaqədar tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir. Bu halda qazpaylayıcı şəbəkəyə qoşulma üçün istehlakçı fiziki qoşulma xidmətinə görə Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə (160 manat) ödəniş etməlidirlər.
Qeyd: mövcud qazpaylayıcı şəbəkə – ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə təzyiqi 0,3 Mpa-dək olan, həmçinin tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək düz xətt üzrə 100 metr təşkil edən məsafədə yerləşən şəbəkə.
Mövcud elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən olunub:
Abonentlər üzrə qoşulma tarifi tələb olunan gücdən asılı olaraq müəyyənləşdirilib.
· 1 fazlı təchizat üzrə:
- 10 kVt-a qədər (10 kVt daxil olmaqla) - hər kilovat üzrə 40 manat/kVt;
- 10,1 kVt-dan 20 kVt-a qədər (20 kVt daxil olmaqla) - hər kilovat üzrə 60 manat/kVt;
Abonentlərin təxminən 97%-i 0,4 kV-luq şəbəkəyə qoşulur və onların tələb olunan gücü 1 fazlı təchizat sxemi üzrə 5 kvt-dək təşkil edir.
Bu o deməkdir ki, tələb olunan güc 5 kvt olduqda abonentin xərci 200 manat olacaqdır.
· 3 fazlı təchizat üzrə: hər kilovat üzrə - 293 manat.
Qeyd: Mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən düz xətt üzrə 400 metrdən çox olmayan məsafədə (radiusda) quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsi
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30.01.2021-ci il tarixli 5 nömrəli Qərarı ilə əhali üzrə bir kub metr su təchizatının tarifi Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üçün 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə 30 qəpik səviyyəsində təsdiq edilmişdir. Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr müəyyənləşdirilmişdir.
Bərk məişət tullantılarının yığılması və daşınması xidmətinin tarifi Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 29.06.2024-cü il tarixli 8 nömrəli Qərarı ilə əhali üzrə ƏDV ilə birlikdə Bakı şəhərində 1 nəfər üçün aylıq 1 manat, digər regionlarda isə 0,70 manat müəyyənləşdirilmişdir.
Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin yeni tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 29.06.2024-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.
Həmin qərarda müəyyənləşdirilmiş qeyri-əhali istehlakçı qrupu üzrə tarifin (Bakı şəhəri üzrə 15,0 manat/m3 və ya 68,30 manat/ton, digər regionlar üzrə 12,0 manat/kubmetr və ya 54,60 manat/ton) 12,0 manat/kubmetr və ya 54,60 manat/ton) tərkibinə zərərsizləşdirilmə xərcləri (Bakı şəhəri üzrə 3,60 manat/m3 və ya 16,40 manat/ton, digər regionlar üzrə 2,50 manat/kubmetr və ya 11,50 manat/ton) də daxil olduğuna görə qeyd edilən istehlakçılar tərəfindən bu xidməti göstərənlərə yalnız Bakı şəhəri üzrə 15,0 manat/m3-in və ya 68,30 manat/ton, digər regionlar üzrə isə 12,0 manat/kubmetr və ya 54,60 manat/ton) 12,0 manat/kubmetr və ya 54,60 manat/ton məbləğində ödəniş həyata keçirilir.
Xidmət göstərənlər isə istehlakçılar tərəfindən bu xidmətə görə onlara ödənilən Bakı şəhəri üzrə 15,0 manat/m3 və ya 68,30 manat/ton (digər regionlar üzrə 12,0 manat/kubmetr və ya 54,60 manat/ton) məbləğin, müvafiq olaraq Bakı şəhəri üzrə 3,60 manat/m3 və ya 16,40 manat/ton (digər regionlar üzrə 2,50 manat/kubmetr və ya 11,50 manat/ton) hissəsini zərərsizləşdirilmə xidmətinə görə bu tullantıların utilizasiyasını həyata keçirən müəssisələrə ödəyirlər.
Dərman vasitələrinin qiymətləri haqqında məlumatı Şuranın rəsmi internet səhifəsinin “Dərman vasitələri” və “Şuranın qərarları” bölməsində əldə etmək olar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və ya həmin qiymətlərdə dəyişikliklər edilməsi məsələsinə Şura tərəfindən rübdə azı bir dəfə baxıldığı təsbit edilmişdir.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən yalnız dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin yuxarı həddi tənzimlənir. Tənzimləmə zamanı dərman vasitələrinin qiymətləndirilməsində “referans qiymət” metodu tətbiq edilir. Bu metod, digər ölkələrdə olan tənzimlənən qiymətlərə istinad olunmaqla, eyni adda və ya eyni tərkibli dərman vasitəsinin qiymətinə uyğun qiymətin müəyyən edilməsinə imkan yaradır.
Tarif tənzimlənməsi zamanı seçilmiş 10 istinad ölkəsində olan rəsmi və açıq mənbələrdən istifadə olunur. Həmin mənbələrə keçidlər (ünvanlar) və dərman vasitələri qiymətlərinin tənzimlənməsi ilə bağlı normativ hüquqi sənədlər Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsindən əldə etmək mümkündür. Bununla yanaşı, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq olunan dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi də Şuranın internet səhifəsində yerləşdirilir və istənilən şəxs tərəfindən qaydalara, təlimata, istinad ölkəsində olan qiymətlərə əsasən hesablanmış qiymətlərə nəzarət həyata keçirilə bilər.
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yüksək qiymətlərlə satılması qadağandır. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində buna görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İstehlakçılar dərmanların fərqli (baha) qiymətə satılması faktları ilə rastlaşdıqda aidiyyəti üzrə müraciət edə bilərlər.
Tarif (qiymət) Şurası tərəfindən aşağıdakı istinad ölkələri müəyyən edilmişdir: Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan, Sloveniya.
İlk növbədə qeyd edək ki, son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin təchizatında yalnız bizdə deyil, əksər ölkələrdə fasilələrin yaranmasına səbəb olur.
Bununla yanaşı əczaçılıq sahəsində daim daha yeni, o cümlədən innovativ dərmanların yaradılması ilə mövcud dərman bazalarının yenilənməsi həyata keçirilir.
Dərman qıtlığının yalnız tarif tənzimlənməsi ilə əlaqələndirilməsi düzgün yanaşma deyil. Məsələn, epidemiya və ya xəstəliyin yayılması ilə əlaqədar bəzi dərmanlara tələbat kəskin artır. Heç uzağa getməyək, pandemiya dövründə mətbuatda və sosial şəbəklərdə hər-hansı bir dərmanın xəstəliyin müalicə etməsi ehtimalı qeyd edilən kimi, həmin dərman vasitələri lazım olub və ya olmamasından asılı olmayaq əhali tərəfindən ehtiyat üçün alınırdı və həmin dərmana qıtlıq yaranırdı. Bu hal dərman məhsulları ilə yanaşı ərzaq məhsullarında da müşahidə edildi. Lakin sonradan o dərmanların çoxları istifadə edilmədi və istifadə müddəti keçdiyi üçün atıldılar. Hər hansı bir tərkibli dərman vasitəsinin bir müddət bazarda olmaması qiymət tənzimləməsinə başlanılmamışdan da əvvəl olub.
Qeyd edək ki, Azərbaycan dərman bazarının tələbatı idxal dərman vasitələri hesabına ödənilir. Buna görə dünyada baş verən hadisələr ölkəmizin dərman bazarına da təsir bilavasitə təsir edir. Göstərilənlər nəzərə alınaraq, dərman qıtlığının qarşısının alınması və əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təchizatın təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin Dövlət Gömrük Xidmətinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in rəyi də nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən bəzi dərmanların qiymətləri ilə əlaqədar istehsalçıların müraciətlərinə baxılır. Əsaslandırılmış müraciətlərlə əlaqədar dərman vasitələrinin qiymətlərində dəyişikliklər edilir.
Dərman vasitələrinin dövriyyəsinin artması da ümumilikdə qıtlığın yalnız bəzi təsiredicilər üzrə qısamüddətli olmasının göstəricisidir. Belə ki, tarif tənzimlənməsi tətbiq edilməmişdən əvvəl 2014-cü ildə idxal olunan dərman vasitələrinin dəyəri 221,6 milyon ABŞ dolları təşkil etdiyi halda, bu göstərici 2020-ci ildə 370,4 milyon ABŞ dolları, 2024-cü ildə isə 560,4 milyon ABŞ dolları təşkil etmişdir.
Eyni zamanda, ölkəmizdə tətbiq olunan dərman vasitələrinin qiymətlərinin tənzimləmə mexanizminin optimal olmasını Qazaxıstan, Özbəkistan və Gürcüstan kimi ölkələrin Azərbaycan təcrübəsinə oxşar metodologiyaya uyğun qiymətləndirmənin həyata keçirilməsinə başlanılması ilə də göstərmək olar.
Son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin qiymətlərinin yüksəlməsinə səbəb olur.
Bu hal yalnız ölkəmizdə deyil, digər ölkələrdə də baş verir. Açıq informasiya sistemindən (internetdən) əldə olunan məlumatlara əsasən, daxili bazarın 90%-ni yerli istehsal hesabına təmin edən qonşu Türkiyədə 2024-cü ildə dərman vasitələrinin qiymətində dəyişiklik edilmiş və bütün qiymətlər 50% artırılmışdir.
Qeyd etdiyimiz səbəblər nəzərə alınaraq dərman qıtlığının qarşısının alınması və əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı subyektlər üçün iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təminat məqsədilə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən 2024-cü ildə 208 dərman vasitəsinin qiymətinə yenidən baxılaraq artırılmışdır.
Əlavə olaraq bildirmək lazımdır ki, xəstələrinin xərclərinin artmasına əsas təsir edən həkimlər tərəfindən reseptə dərman vasitəsi olmayan Bioloji Aktiv Qida Məhsullarının yazılması ilə bağlıdır. Belə ki, qida lavələrinin reseptdə yazılması əhalidə (pasiyentlərdə) onların dərman olması fikrini formalaşdırır. Bioloji Aktiv Qida Məhsullarının qiymətlərinin tənzimlənmədiyi üçün yüksək, növlərinin çeşidli olması isə ümumilikdə əhalidə dərman vasitələrinin qiymətlərinin yüksək olması təəssüratı yaradır. Halbukı qida əlavələri dərman vasitəsi deyil, onlar xəstəliklərin müalicə və profilaktikasında istifadə oluna bilməz və qanunvericiliyə əsasən reseptə yazılması qadağandır.
İnzibati Xətalar Məcəlləsində Bioloji Aktiv Qida Məhsullarının reseptə yazılması hallarına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.
Qanunvericiliyə əsasən ölkəmizdə dərman vasitələrinin idxalına, istehsalına, satışına və istifadəsinə yalnız dövlət qeydiyyatına alındıqdan sonra icazə verilir. Bununla yanaşı dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması qadağandır.
Bəzi hallarda həkimlər tərəfindən qeydiyyatsız dərmanların ticarət adı ilə reseptə yazılması dərman qıtlığı təəssüratı yaratmaqla həmin dərmanların qeyri-qanuni idxalını stimullaşdırır və qiymətlər arasındakı fərq 3-5 dəfədən çox olur.
Əslində isə həkim tərəfindən dərman vasitəsi tərkibə görə yazılmalı pasient isə aptekə yaxınlaşdıqda ona sərfəli olanını almalıdır. Belə ki, antibiotik olan seftriaksion tərkibli dərman vasitəsi ölkəmizə 30-dan çox adda idxal olunur və qiymətləri istehsal ölkəsindən, miqdarından, dozasından asılı olaraq qiyməti 0,66-264,62 manat arası dəyişir. Və yaxud qandurulaşdırıcı olan klopidoqrel tərkibli 10-dan çox adda dərman vasitəsi idxal olunur və qiymətləri istehsal ölkəsindən, miqdarından, dozasından asılı olaraq 4,33-68,75 manat arası dəyişir. Əksər hallarda ya hansısa səbəbdən həkim bahalı dərman yazır və yaxud da pasiyent fikirləşir ki, qiyməti yüksək olan dərman daha keyfiyyətli olar. Maarifləndirmə işləri həyata keçirilmədiyi üçün bu kimi hallarda alıcılıq qabiliyyəti aşağı olan vətəndaşın qiymət fərqinə görə əlavə maliyyə yükü yaranır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində dövlət qeydiyyatına alınmamış dərman vasitələrinin satışı hallarına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.
Dövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün tariflər hər bir vəzifə qrupu üzrə proqnozlaşdırılan iştirakçıların sayı və xidmətlə bağlı xərclər nəzərə alınmaqla diferensial olaraq müəyyən edilmişdir.
“Dövlət qulluğu sertifikatı” olan şəxsin həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirakı üçün ödənişin məbləği Tarif (qiymət) Şurasının 23.05.2017-ci il tarixli 5 nömrəli Qərarı ilə müəyyən edilmiş dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50 faizi miqdarında müəyyən edilmişdir.
1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması xidmətinin tarifi ƏDV ilə birlikdə çəkisi 3,5 tona qədər olduqda (3,5 ton daxil olmaqla) 1 manat/gün, 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla) 2 manat/gün, 10 tondan yuxarı olduqda isə 3 manat/gün təşkil edir.