İşə qəbul

İqtisadiyyat Nazirliyində işə qəbul necə həyata keçirilir?

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində inzibati vəzifələr üzrə işə qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən müsabiqə  (test imtahanı və müsahibə) və ya müsahibə (ümumi və daxili müsahibə) yolu ilə həyata keçirilir. Bu barədə elanlar Dövlət İmtahan Mərkəzinin və İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.