BMT-nin qurum və təşkilatları

Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumları

Azərbaycan Respublikası 2 mart 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Bu illər ərzində ölkəmiz BMT-nin müxtəlif ixtisaslaşmış qurumlarının fəaliyyətində yaxından iştirak etmiş, təşkilatın Baş Assambleyasından ekspertlər səviyyədə işçi qurumlarına qədər geniş təmsil olunmuşdur. Azərbaycan Respublikası 2011-ci ildə 2 il müddətinə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. İqtisadi əlaqələrin inkişafı və Azərbaycanın BMT-nin qurumlarına inteqrasiyası baxımından Birləşmiş Millətlər Sənaye və İnkişaf Təşkilatını (UNİDO), BMT-nin Avropa üzrə İqtisadi Komissiyasını (UNECE), Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramını (SPECA), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasını (UNESCAP) qeyd etmək olar.

BMT-nin Sənaye İnkişafı Təşkilatı BMT-nin Avropa üzrə İqtisadi Komissiyası Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası